Baxtadze Şəhidlər xiyabanını ziyarət etdi

siyaset
30-08-2018, 22:00 1167
Baxtadze Şəhidlər xiyabanını ziyarət etdi
Gürcüstanın baş naziri Mamuka Baxtadze avqustun 30-da Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Realfakt.Az xəbər verir ki, Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Gürcüstanın aş nazirinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.