» » “DOST” mərkəzləri ayrı qurum kimi fəaliyyət göstərəcək


“DOST” mərkəzləri ayrı qurum kimi fəaliyyət göstərəcək

28-08-2018, 22:52
Oxunub: 1240
Çap et
“DOST” mərkəzləri ayrı qurum kimi fəaliyyət göstərəcək
“DOST” mərkəzləri ayrı qurum olaraq fəaliyyət göstərəcək.
Realfakt.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, qurumun regional bölmələri “DOST” mərkəzinə daxil olacaq:
“Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun, məşğulluğun, müfəttişliyin və tibbi ekspertizanın regional yerli bölmələri yeni yaradılacaq “DOST” mərkəzlərinə inteqrasiya olunacaq və işlər vahid mərkəzdən idarə olunacaq.
Mərkəzə inteqrasiya olunan regional yerli bölmələrin əməkdaşları treninqlərə cəlb ediləcək. Yüksək nəticə əldə edənlər işlə təmin olunacaq. Eyni zamanda, mərkəzə yeni işçilər götürüləcək”.
Nazir qeyd edib ki, ilk “DOST” mərkəzi bu ilin sonuna kimi fəaliyyətə başlayacaq:
“Xidmət məsələsi hazırlanıb təqdim olunmalıdır”.
Reytinq: