Merkel: Azərbaycan regionda ən böyük ticarət tərəfdaşımızdır

siyaset
25-08-2018, 22:03 1070
Merkel: Azərbaycan regionda ən böyük ticarət tərəfdaşımızdır
Mən çox şadam ki, Azərbaycandayam. Biz artıq bir neçə dəfə görüşmüşük. Amma mən ilk dəfədir ki, bu ölkəyə səfər edirəm.
Realfakt.Az xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə bildirib.
Merkel qeyd edib ki, ölkəsinin Azərbaycanla çoxtərəfli münasibətləri var:
“Biz artıq beynəlxalq təşkilatlar çərçivəsində, beynəlxalq görüşlər çərçivəsində dəfələrlə görüşmüşük və mən hesab edirəm ki, bu səfər bizim münasibətlərimizə yeni təkan verəcək”.
Alman kansler iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi perspektivlərini vurğulayaraq, Azərbaycanda ilk alman koloniyasının yaradılmasından 200 il ötdüyünü bildirib və Qarabağ münaqişəsinə toxunub.
“Bəzi insanların bu barədə heç məlumatı yoxdur. Biz iqtisadi əlaqələrimizi genişləndirə bilərik. Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Biz yəqin ki, bəzi kritik məqamlara da toxunacağıq. Bu da insan hüquqları və humanitar vəziyyətdir. Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”, - deyə, o, bildirib.