İlham Əliyev üç ölkənin səfirinin etimadnaməsini qəbul etdi

siyaset
23-08-2018, 21:11 1090
İlham Əliyev üç ölkənin səfirinin etimadnaməsini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Berqlind Asqeyrsdottirin etimadnaməsini qəbul edib.
Realfakt.Az xəbər verir ki, bu gün dövlət başçısı həmçinin daha iki səfirin - Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nqo Duk Manhın və Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradjou Gomina İbrahimin etimadnamələrini qəbul edib.