Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək

idman
21-08-2018, 22:28 1719
Azərbaycan daha iki mötəbər turnirə ev sahibliyi edəcək
Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.
Realfakt.Az xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Milli Gimnastika Arenası ilk dəfə olaraq 23-25 mayda qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Azərbaycanda son beş ildir inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.
31 may – 2 iyunda isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunacaq. Bununla da Bakı artıq dördüncü dəfə bu idman növü üzrə qitə birinciliyinə ev sahibliyi edəcək.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını da təşkil edəcək.