Ərdoğan ABŞ-a gedir

dunya
21-08-2018, 22:25 1337
Ərdoğan ABŞ-a gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edəcək.
Realfakt.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, səfər sentyabrın 25-də baş tutacaq.
Səfər zamanı türk lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək. İclasda Ərdoğan Suriyadakı vəziyyət, miqrant böhranı və BMT-nin quruluşu ilə bağlı çıxış edəcək.
Türkiyə və ABŞ arasında gərginliyin yaşandığı dövrdə baş tutan səfər çərçivəsində Ərdoğanın Trampla görüşüb-görüşməyəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.