Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq

siyaset
18-08-2018, 21:53 1267
Məktəblərlə bağlı qanun layihəsi parlamentdə müzakirələrə çıxarılacaq
Milli Məclisin (MM) Elm və təhsil komitəsi tərəfindən “Orta ümumtəhsil müəssisələri haqqında” yeni qanun layihəsi hazırlanır.
Realfakt.Az-ın parlamentdən əldə etdiyi məlumata görə, bununla bağlı yaradılmış İşçi Qrupu qanun layihəsi üzərində işlərini davam etdirir.
Yeni qanun layihəsinin ilkin variantın parlamentin qarşıdan gələn 2018-ci il payız sessiyası ilə bağlı açdıçəkilən komitənin sentyabrda keçiriləcək ilk iclasının müzakirəsinə çıxarılması və sessiyanın qanunvericilik işləri planına tövsiyə olunması nəzərdə tutulur.
“Payız sessiyası daha çox büdcə sessiyası olduğu üçün ola bilər ki, sənədin bütövlükdə qəbulu yaz sessiyasına qədər uzansın.
Amma onu payız sessiyasında müzakirələrə çıxarılcağı dəqiqdir.
Çünki belə bir sənədə ciddi ehtiyac var”-deyə, parlamentdən sonra bildirilib.