Rəsul Çunayevin rütbəsi artırıldı

idman
18-08-2018, 21:46 1487
Rəsul Çunayevin rütbəsi artırıldı
Olimpiya Oyunlarının bürünc mükafatçısı, yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayevin rütbəsi artırılıb.
Realfakt.Az-ın məlumatına görə, tanınmış idmançı Dövlət Sərhəd Xidmətinin baş leytenantı rütbəsini alıb.
“Artıq bir aydır ki, DSX-nın rəisi general-polkovnik Elçin Quliyevin sərəncamı ilə baş leytenant rütbəsinə layiq görülmüşəm. Bu şad xəbəri sizinlə bölüşmək üçün, mən xüsusi bir günü gözləyirdim, və həmin gün yetişdi - 18-08-2018.
Bu gün Azərbaycan sərhədçilərin peşə bayramı günüdür. Başda DSX-nın rəisi general-polkovnik Elçin Quliyev olmaqla, bütün sərhədçiləri ürəkdən təbrik edirəm və işlərində uğurlar arzulayıram”, - R.Çunayev yazıb.
Xatırladaq ki, Rəsul Çunayev 2015-ci ildə leytenant rütbəsi alıb.