Sərhəd qoşunlarının üç polkovniki general oldu – SİYAHI

siyaset
16-08-2018, 21:33 1355
Sərhəd qoşunlarının üç polkovniki general oldu – SİYAHI
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.
Realfakt.Az xəbər verir ki, sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilir:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Əsgər Sabir oğlu Xəlilova

general-mayor Əfqan Vəli oğlu Nağıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Azər Oqtay oğlu İbrahimova

polkovnik Ayaz Əvəz oğlu Hüseynova

polkovnik Rəsul Afiq oğlu Tağıyevə.