Kənd yollarının tikintisinə 4,7 milyon manat ayrıldı – SƏRƏNCAM

siyaset
14-08-2018, 21:39 1087
Kənd yollarının tikintisinə 4,7 milyon manat ayrıldı – SƏRƏNCAM
Prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Realfakt.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Qeyd edək ki, sözügedən avtomobil yolları on beş min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirir.