» » İrandan İsrailə orkestr vetosu


İrandan İsrailə orkestr vetosu

2-09-2015, 09:46
Oxunub: 482
Çap et
İrandan İsrailə orkestr vetosu İran İslami İrşad və Mədəniyyət Nazirliyi İsrail vətəndaşı Daniel Barenboimin rəhbərliyi ilə paytaxt Tehranda konsert vermək istəyən Berlin Filarmonik orkestrinə icazə verməyib.
Xarici mətbuata istinadən xəbər verir ki, orkestrin rəhbəri Barenboim İsrail vətəndaşı olduğu üçün orkestrə veto qoyulub.
Mədəniyyət nazirinin müavini Hüseyn Nuşabadi orkestrin İranda konsert verməsinə qarşı olmadıqlarını qeyd edərək “Biz Alman orkestrinin İrana gəlməsinə qarşı deyilik. Bu Orkestrdə liderlik edən adama qarşıyıq”, – deyib.
Nuşabadi orkestrin rəhbərini dəyişərək konsert verməsini təklif edib.
Reytinq: