Zakir Həsənov Moskvaya səfər edəcək

siyaset
26-07-2018, 21:48 1146
Zakir Həsənov Moskvaya səfər edəcək
İyulun 27-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskvaya səfər edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Realfakt.Az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.