Əmək pensiyalarının artım faizi açıqlandı

iqtisadiyyat
26-07-2018, 21:43 1300
Əmək pensiyalarının artım faizi açıqlandı
Cari ilin əvvəlinə nisbətən ölkədə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb.
Realfakt.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, iyul ayının 1-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 311 min 739 nəfər təşkil edib.
İlin əvvəlinə nisbətən ölkədə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artaraq iyul ayının 1-nə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən cari ilin əvəlindən respublikamızda əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb.