“Janes'360”: Azərbaycan multikopter istehsalını planlaşdırır

maraqli
24-07-2018, 21:22 1495
“Janes'360”: Azərbaycan multikopter istehsalını planlaşdırır
Azərbaycan və İsrailin “Aeronautics” şirkəti arasında memorandum “Pegasus 120” multikopterinin istehsalı ilə bağlı tərəflərin əməkdaşlığı üçün yeni imkanlar yaradır.
Realfakt.Az xəbər verir ki, bununla bağlı “Janes'360” hərbi informasiya resursunda məlumat verilib.
Memorandumun imzalanması iyulun 11-də baş tutub. Sənədi Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və “Aeronautics” şirkətinin rəhbəri Yedidia Yaarin imzalayıb.
Qeyd edilib ki, sənəd Mərkəzi Asiya ölkələrinin birində pilotsuz uçan aparatların birgə istehsalını nəzərdə tutur, ancaq bu sənəd müqavilə deyil.
Məlumatlara əsasən, “Azad Systems” müəssisəsi “Aeronautics” ilə birlikdə artıq “Orbiter” seriyalı PUA-lar və “Zərbə” döyüş sursatı istehsal edir.