Bakı meriyasında yeni - TƏYİNAT

siyaset
16-07-2018, 21:26 1173
Bakı meriyasında yeni - TƏYİNAT
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub.
Bunu Səbail Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov Realfakt.Az-a açıqlamasında bildirib:
“Hələlik başçının səlahiyyətlərini yerinə yetirəcək”.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunub.
Qeyd edək ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb.