DÇ-2018-in ən yaxşıları mükafatlandırıldı

idman
15-07-2018, 21:42 1428
DÇ-2018-in ən yaxşıları mükafatlandırıldı
Dünya çempionatında qızıl buts, turnirin ən gənc oyunçusu, qızıl top və qızıl əlcək mükafatlarının sahibi müəyyənləşib.
Realfakt.Az xəbər verir ki, qızıl butsu İngiltərə millisinin hücumçusu Hari Keyn alıb. “Totenhem”in futbolçusu hamıdan çox - altı qol vurub.
Ən gənc oyunçu mükafatı 19 yaşlı Kilian Mbapeyə (Fransa) verilib. Qızıl əlcəyin sahibi qapıçı Tibo Kurtua (Belçika) olub. Qızıl top isə Luka Modriçə (Xorvatiya) verilib.