İstanbulun yeni hava limanından ilk reys Bakıya həyata keçiriləcək

dunya
14-07-2018, 20:59 1219
İstanbulun yeni hava limanından ilk reys Bakıya həyata keçiriləcək
İstanbulun yeni hava limanından həyata keçiriləcək ilk reyslərin istiqamətləri açıqlanıb.
Realfakt.Az-ın “Anadolu” agentliyinə istinadla məlumatına görə, “Türkiyə Hava Yolları”nın baş direktoru Bilal Ekşi yeni aeroportdan ilk uçuşun ölkə daxilində Ankaraya, xaricdə isə Azərbaycana və Şimali Kiprə yerinə yetiriləcəyini deyib.
Qeyd edək ki, üçüncü hava limanında işlərin təqribən 90 faizi başa çatıb.
Yeni aeroport istifadəyə verildikdən sonra Atatürk Hava Limanı bu il oktyabrın 31-də fəaliyyətini dayandıracaq.