İlham Əliyev iranlı naziri qəbul edib

siyaset
13-07-2018, 21:58 1253
İlham Əliyev iranlı naziri qəbul edib
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 13-də İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Realfakt.Az xəbər verir ki, nazir Həsən Qazizadə Haşimi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlət başçısına çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səyləri nəticəsində iki ölkə arasında ikitərəfli münasibətlər gündən-günə güclənir və möhkəmlənir.
Dövlət başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Prezident Həsən Ruhani ilə görüşlərini məmnunluqla xatırlayaraq qeyd edib ki, bu görüşlər zamanı səhiyyə sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib və bununla bağlı işlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar da verilib. Dövlət başçısı İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminın Azərbaycana səfərinin ölkələrimizin səhiyyə sahəsində əməkdaşlığının genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev İran Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Həsən Ruhaniyə çatdırmağı xahiş edib.
12.43
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 13-də İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri Həsən Qazizadə Haşiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Realfakt.Az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.