C-400 komplekslərinin Türkiyəyə veriləcəyi yeni tarix açıqlandı

dunya
11-07-2018, 21:32 1344
C-400 komplekslərinin Türkiyəyə veriləcəyi yeni tarix açıqlandı
Rusiya C-400 zenit raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonunda təhvil verəcək.
Realfakt.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Daha öncə komplekslərin tədarükünə 2019-cu ilin yayında start veriləcəyi nəzərdə tutulmuşdu.
Siyasətçi bildirib ki, razılaşma ABŞ və NATO-ya üzv digər ölkələrin narazılığına rəğmən baş tutacaq.
Cari ilin aprelində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara rəğmən sözügedən raket komplekslərini almaqda qərarlıdırlar.