Ərdoğan and içdi

dunya
9-07-2018, 21:32 1301
Ərdoğan and içdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.
Realfakt.Az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.
R.T.Ərdoğan andiçməyə həyat yoldaşı Əminə Ərdoğan və digər ailə üzvləri ilə birlikdə gəlib.
09:44
Bu gün Türkiyə Böyük Millət Məclisində Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimi keçiriləcək.
Realfakt.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Beştəpədə “Prezidentin vəzifəsinə başlama mərasimi” baş tutacaq.
Mərasimdə 22 dövlət başçısı və 28 ölkədən nümayəndə iştirak edəcək. Ümumilikdə, tədbirə 10 min insan qatılacaq. Azərbaycanı bu mərasimdə baş nazir Novruz Məmmədov təmsil edəcək.
Təbdirin sonunda 101 top atışı həyata keçiriləcək və gələn qonaqlara xüsusi hazırlanmış 1 lirəlik əskinazlar təqdim olunacaq.