İngiltərə millisi 28 il sonra yarımfinalda

idman
7-07-2018, 21:20 1454
İngiltərə millisi 28 il sonra yarımfinalda
Futbol üzrə dünya çempionatında İngiltərə millisi 28 il sonra mundialda yarımfinala vəsiqə qazanıb.
Realfakt.Az xəbər verir ki, ingilislər buna Hollandiya və İtaliya millilərini DÇ-yə buraxmayan, Almaniya yığmasını qrupda saxlayan İsveçlə oyunda nail olublar.
Skandinaviyalıların qapısından qolları Hari Maquayr və Dele Ali keçirib. Hər iki futbolçu Robin Olsenin qapısına qolu başla vurub.
Qeyd edək ki, İngiltərənin 1/2 finaldakı rəqibi Rusiya – Xorvatiya oyunundan sonra bilinəcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.