Tərtərdə toy çadırı atəşə tutulub

hadise
1-09-2015, 14:49 760
Tərtərdə toy çadırı atəşə tutulub 3 yaralı var
Tərtərin Qapanlı kəndində toy çadırı atəşə tutulub. ANS PRESS-in məlumatına görə 3 nəfər yaralanıb.Yaralıların vəziyyəti ağır olduğu üçün onları Tərtər rayon mərkəzi xəstəxanası qəbul etməyib. Yaralılar hazırda təcili tibbi yardım maşını ilə Bərdə rayon xəstəxanasına aparılır. Hələlik yaralılardan birinin adı məlumdur. O, kənd sakini Müşkinaz Əliyevadır.