Meteohəssas insanların diqqətinə

sosial
1-09-2015, 14:43 834
Meteohəssas insanların diqqətinə Sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim-cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 26-31, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Sentyabrın 2-də Abşeron yarımadasında metreloji amillərin zəif və mülayim tərddüdü meteohəssas insanların üçün əsasən, əlverişli olsa da, sentyabrın 3-də arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissləri yarada bilər.