Bakının enerji təminatı bərpa edilib

siyaset
3-07-2018, 20:49 1140
Bakının enerji təminatı bərpa edilib
Bakının enerji təminatı bərpa edilib.
Bunu Realfakt.Az-a açıqlamasında "Azərenerji" ASC -nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və mətbuat katibi Yəhya Babanlı qeyd edib.
Qurum rəsmisi qeyd edib ki, hazırda regionlarda elektrik enerjisinin verilməsi təmin edilir:
"İşlər yekunlaşmaq üzrədir. Ölkənin elektrik enerjisi sisteminin dayanıqlılığı bərpa olunur. 780 meqavatlıq Cənub elektrik stansiyası və Sumqayıt elektrik stansiyası işə salınıb".
"Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə bildirib ki, paytaxt artıq elektrik enerjisi isə təmin olunub:
"Regionlarda da işıqla bağlı problem həll edilir. Ötürücü xətlərdə elektrik enerjisi olan kimi istehlakçılar işıqla təmin olunacaq".