“Azərsu” magistral kəmərlərin su ilə doldurulmasına başlayıb

siyaset
3-07-2018, 19:47 1245
“Azərsu” magistral kəmərlərin su ilə doldurulmasına başlayıb
Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olundu.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Realfakt.az-a bildirib ki, qurğularda suyun emalına, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb.
Mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər satlarında mümkün olacaq.
Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.
20:25
Bakı və ölkənin elektrik enerjisi təchizatında yenidən problemin yaranması səbəbindən əhalini içməli su ilə təmin edə bilmirik.
Bu barədə Realfakt.Az-a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, Kür və Ceyranbatan sutəmizləyici qurğularında suyun emalı dayanıb.