Türkmənbaşının atı Ginnesin rekordlar kitabına düşüb

dunya
1-07-2018, 00:00 1328
Türkmənbaşının atı Ginnesin rekordlar kitabına düşüb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova məxsus Axaltəkin atı arxa ayaqları ilə 10 metrlik məsafəni 4,19 saniyədə keçməyə müvəffəq olub.
Realfakt.Az-ın СА-news-a istinadla verdiyi xəbərə görə, bu da Ginnesin rekordlar kitabına düşməsinə səbəb olub.
Bu göstərici elə həmin atın 2016-cı ildəki göstəricisindən iki dəfə yüksəkdir.
Daha əvvəl Ginnesin rekordlar kitabına Türkmənistanın digər nailiyyətlərinin salınması irəli sürülüb: Olimpiya stadionundan nəhəng at başının heykəli, su idman növləri mərkəzi, dünyada ən böyük ulduz olan tele-mərkəz, dünyanın ən böyük türkmən ornamenti olan yeni aeroport və s.