Mədəniyyət Nazirliyində yeni təyinatlar

sosial
27-06-2018, 23:40 1217
Mədəniyyət Nazirliyində yeni təyinatlar
Mədəniyyət Nazirliyində yeni təyinatlar olub.
Realfakt.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mədəniyyət nazirinin müavinlərinin və nazirlik yanında Dövlət Xidmətinin rəisinin təyin olunması haqqında sərəncamlar imzalayıb.
Rafiq Yasin oğlu Bayramov və Sevda Yusuf qızı Məmmədəliyeva mədəniyyət nazirinin müavinləri vəzifəsinə təyin edilib.
Eyni zamanda, Zakir İmran oğlu Sultanov Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.