“WhatsApp”da yeni funksiya

maraqli
26-06-2018, 22:32 1377
“WhatsApp”da yeni funksiya
“WhatsApp” messenceri Android telefon sahiblərinə digər istifadəçilər tərəfindən göndərilən şəkilləri gizlətməyə imkan verəcək.
Realfakt.Az-ın xəbərinə görə, bu barədə Bgr.in portalı məlumat yayıb.
Yenilik v2.18.195 Android əlavələrinin beta versiyasında çıxıb.
Messencer istifadəçiləri telefonda göndərilən şəkillər, video və audio fayllar üçün “avtomatik saxla” funksiyasını söndürə biləcəklər.
Yeni funksiya həmçinin qrup çatlar üçün də istifadə oluna bilər. Bu, smartfonda yaddaşın həcmini qoruyacaq və gizlilik səviyyəsini artıracaq.