Bakı sakini özünü peyk antenasından asdı

hadise
1-09-2015, 14:16 873
Bakı sakini özünü peyk antenasından asdı Abşeron rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhəri Quşçuluq masivi Hüseyn Arif 15 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Ömərov Tural Vahid oğlu özünü yaşadığı evin həyətindəki peyk antenasının divara bərkildilmiş dəmir hissəsindən elektrik naqili ilə asaraq dünyasını dəyişib.
29 yaşlı kişinin asılmış vəziyyətdə olan meyitini ailə üzvləri aşkarlayaraq polis və prokurorluq nümayəndələrinə xəbər veriblər.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları baxış keçirib. İntiharın baş vermə səbəbləri araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma ) ilə cinayət işi açılıb, araşdırmalar aparılır.