Bakıda restoranda yanğın

sosial
19-06-2018, 21:54 1362
Bakıda restoranda yanğın
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin Binəqədi rayonunda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.
Realfakt.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 700 m² olan (hər mərtəbəsi 350 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər) 2-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət “Nanəli” restoranının yanar konstruksiyaları və içərisində olan əşyalar 198 m² sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
14:05
Bakı şəhərinin Nərimanov rayonunda restoranda baş vermiş yanğın söndürülüb.
Bu barədə Realfakt.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
11:33
“Nanəli” restoranında yanğının söndürülməsi işləri davam etdirilir.
Realfakt.Az APA-ya istinadən xəbər verir ki, yanğın restoranın I və II mərtəbələrində qeydə alınıb.
Yanğın lokallaşdırılıb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Qeyd edək ki, yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev baş çəkib.