Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır

sosial
13-06-2018, 22:20 1533
Azərbaycan ordusu möhtəşəm parada hazırlaşır
Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir.
Müdafiə Nazirliyindən Realfakt.Az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri uçuşlar keçirir.
Hərbi parad iyunun 26-da Bakının “Azadlıq” meydanında keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.