Çimərliklərdə dəniz suyunun monitorinqi aparılır

sosial
6-06-2018, 22:27 1206
Çimərliklərdə dəniz suyunun monitorinqi aparılır
Çimərliklərdə dəniz suyundan götürülən nümunələrin ilkin nəticələri bir neçə gündən sonra məlum olacaq.
Bunu Realfakt.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, mayın 21-dən çimərliklərdə dəniz suyunun monitorinqləri aparılır:
“Suyun tərkibi radioloji, kimyəvi və toksikoloji analizlərdən keçirilir. Bir neçə gündən sonra hansı çimərliklərin istifadəyə yararlı olub-olmaması bilinəcək.
Dəniz suyundan nümunlərin götürülməsi oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq”.
Ziyəddin Kazımov qeyd edib ki, dəniz suyunun monitorinqləri Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə paytaxt ərazisində fəaliyyət göstərəcək 7 rayonun inzibati ərazisində yerləşən çimərliklərini, Abşeron, Azərbaycanın şimal və cənubunu əhatə edir.
Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə iyunun 15-dən çimərlik mövsümü açıq elan edilir.
Ötən il aparılmış müayinələrin nəticələrinə görə, “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub.