» » Qaçırılan avtomobilin iştirakı ilə baş verən yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb


Qaçırılan avtomobilin iştirakı ilə baş verən yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb

1-09-2015, 13:19
Oxunub: 368
Çap et
Qaçırılan avtomobilin iştirakı ilə baş verən yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb vMaştağada yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi avtomobil, həmyerlisi Pərviz Hadıyevə məxsus "Priora" və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi "Man" markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
P.Hadıyev 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək "Priora" markalı avtomobilinin qaçırıldığını bildirib.
Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.
Reytinq: