Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır

sosial
5-06-2018, 22:53 1302
Azərbaycanda sürücülük vəsiqələrinin rüsumu artırılır
Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu dəyişdirilir.
Realfakt.Az-ın xəbərinə görə, bu barədə Report saytı “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər layihəsinə istinadən məlumat yayıb.
Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi üçün rüsum 39% artırılır.
Belə ki, dəyişiklik təsdiq olunanandan sonra avto-moto nəqliyyat vasitələri üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi rüsumu 18 manatdan 25 manata qaldırılacaq.