Cənub Qaz Dəhlizinə ilk qaz vurulub

siyaset
29-05-2018, 23:10 938
Cənub Qaz Dəhlizinə ilk qaz vurulub
Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasını bildirən açarı işə salıb.
Realfakt.Az-ın məlumatına görə, bununla da, Cənub Qaz Dəhlizində Trans-Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.
İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz Qaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir.
Dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.