İlham Əliyev avtomobil yolunun açılışında

siyaset
24-05-2018, 22:09 1183
İlham Əliyev avtomobil yolunun açılışında
Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışı olub.
Realfakt.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına layihənin texniki göstəriciləri barədə məlumat verib.
47 min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun uzunluğu yeddi kilometrdən çoxdur.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.