Türkan Şorayın film çəkilişi zamanı səhhəti pisləşdi

sou
1-09-2015, 11:55 881
Türkan Şorayın film çəkilişi zamanı səhhəti pisləşdi Baş rolda qızı Yağmur Ünal da yer alıb.
Uzun illərdən sonra yenidən rejissorluq etməyə başlayan Türkan Şorayın saatlarca davam edən film çəkilişləri zamanı səhhətində problem yaranıb. Şoray filmin qalan çəkilişlərini həkim nəzarətində həyata keçirir.
Oxu.Az Türkiyə mediasına istinadla xəbər verir ki, türk kinosunun sultanı Muğlanın Menteşe mahalında film çəkir. Baş rolda qızı Yağmur Ünal da yer alıb. Şoray bu filmdə köhnə və yeni nəsli görüşdürməyə hazırlaşır.
Qeyd edək ki, “Yeşilçam”ın əfsanəsi və gözəlliyi ilə dillərə dastan olan Türkan Şoray hazırda 70 yaşındadır.