Hamilton İspaniya Qran-prisinin qalibi oldu

idman
13-05-2018, 22:10 1570
Hamilton İspaniya Qran-prisinin qalibi oldu
“Formula-1” İspaniya Qran-pri yarışının qalibi məlum olub.
Realfakt.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Barselonada keçirilən yarışın qalibi “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton olub.
Finişə ikinci L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas çatıb. Üçüncü yerin sahibi “Red Bull” komandasının pilotu, hollandiyalı Maks Ferstappen olub.
“Formula-1” yarışmasının növbəti mərhələsi 24-27 may tarixlərində Monakoda keçiriləcək.