Güləşçilərimiz erməniləri darmadağın etdilər

idman
4-05-2018, 21:43 1673
Güləşçilərimiz erməniləri darmadağın etdilər
Xəbər verdiyimiz kimi, Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatında üç sərbəst güləşçimiz 1/4 finalda Ermənistan idmançılarına qalib gəlib.
Realfakt.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Georgi Edişeraşvili Miqran Caburyana 10:0 hesabı ilə qalib gəlib.9 kq çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənov isə Varujan Kacoyanı 6:1 yenərək yarımfinala vəsiqə qazanıb.97 kq-da Nurməhəmməd Hacıyev isə Ermənistanı təmsil edən Georgi Ketoyevdən üstün olub – 3:0.
Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən Avropa çempionatında kişilərin sərbəst güləş yarışlarına start verilib.
Realfakt.Az-ın xəbərinə görə, 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində mübarizə aparan idmançılarımız məğlubiyyətsiz yollarına davam edir.
Belə ki, Georgi Edişeraşvili, Hacı Əliyev, Murtuz Müslümov, Cəbrayıl Həsənov və Nurməhəmməd Hacıyev yarımfinala vəsiqə qazanıb. Maraqlıdır ki, bunlardan üç güləşçimiz 1/4 finalda Ermənistan idmançısı ilə qarşılaşıb.
57 kq çəki dərəcəsində mübarizə aparan gürcü legionerimiz Georgi Edişeraşvili 1/8 finalda olduğu kimi, 1/4 finalda erməni rəqibi Miqran Caburyanı 10:0 hesabı ilə məğlub edib.
Olimpiya mükafatçımız Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə olduğu kimi, erməni rəqibi Varujan Kacoyanı da beş xal fərqlə yenib – 6:1.
97 kq çəki dərəcəsində yarışan ləzgi legionerimiz Nurməhəmməd Hacıyev isə ilk görüşünü 1/4 finalda keçirib. O, Ermənistanı təmsil edən osetin idmançı Georgi Ketoyevə 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.
Qeyd edək ki, indiyədək Avropa çempionatında cəmi bir idmançımız Ermənistan təmsilçisi ilə qarşılaşmışdı. 67 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Elman Muxtarov təsəlliverici görüşdə sonradan bürünc medal qazanmış Karen Aslanyana uduzub – 3:5.