Prezident “Formula 1”-in qaliblərini mükafatlandırdı – FOTO – YENİLƏNİB

idman
29-04-2018, 21:38 1393
Prezident “Formula 1”-in qaliblərini mükafatlandırdı – FOTO – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar.
Realfakt.Az-ın məlumatına görə, həmçinin mükafatlandırma mərasimində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov iştirak ediblər.
Bakı trasında birinci yeri Lyuis Hemilton (“Mercedes”) tutub. “Ferrari” pilotu Kimi Raykonnen ikinci, “Force İndia” komandasının təmsilçisi Serxio Peres isə üçüncü olub.