Rusiya tarixinin ən güclü hərbi gəmisini hazırlayır
dunya
12-08-2015, 09:49
923

Pressaz.com-un xəbərinə görə, bu barədə informasiyanı “International Business Times” qəzeti yayıb.
Qəzetin iddiasına görə, Kreml hələ may ayında Fransa ilə hərbi müqaviləsini ləğv edərkən, “Mistral”lara bənzər yeni hərbi gəmilər tikməyi planlaşdırdığını qeyd etmişdi.
Yeni gəmiləri 2030-cu ildən tez hazır etmək mümkün olmayacaq.
Hazırlanacaq gəmilər üçün iki variant mümkündür. Birincisi, onların nüvə enerjisi modulu ilə təminatıdır ki, bu zaman onlar 70 uçan aparat daşımaq gücünə sahib olacaq. İkinci variant isə nüvə enerji modullu avadanlıqların olmamasıdır. Bu zaman gəmilər 55 təyyarə daşıya biləcək.