Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək

siyaset
19-04-2018, 21:43 1074
Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
İlham Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

Realfakt.Az-ın xəbərinə görə, bu barədə “Haber7” məlumat yayıb.

Səfərin aprelin 25-də baş tutacağı bildirilir.

Azərbaycan prezidentinin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırmla görüşü nəzərdə tutulur.