“Qarabağ” Gəncədə qələbə qazandı

idman
14-04-2018, 21:53 1613
“Qarabağ” Gəncədə qələbə qazandı
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura Gəncədə start verilib.

Realfakt.Az-ın Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, autsayder “Kəpəz” öz meydanında lider “Qarabağ”ı qəbul edib.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bu onun Ağdam klubunun əsas heyətində ilk rəsmi qolu olub.