Putin İlham Əliyevi təbrik edib

siyaset
12-04-2018, 21:41 1230
Putin İlham Əliyevi təbrik edib
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

Realfakt.Az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri təbrik məktubunda bildirib ki, İlham Əliyevin seçkilərdə inamlı qələbəsi onun yüksək siyasi nüfuzunu təsdiqləyir, Azərbaycan qarşısında duran sosial-iqtisadi və xarici siyasət məsələlərinin həll edilməsində böyük rolunu etiraf edir.

Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib, bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.