» » Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər


Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər

6-04-2018, 21:25
Oxunub: 847
Çap et
Məşhurlar “Zəfərə doğru” deyib birləşdilər
Bakıda “Zəfərə doğru” mahnının klip çəkilişi olub.

Realfakt.Az xəbər verir ki, klipdə xalq artistləri, müğənnilər, aparıcılar, bəstəkarlar, aktyorlar və “Eurovision” iştirakçıları, "ASAN" və "Formula 1" könüllüləri yer alıblar.

Klipdə eyni zamanda prezident İlham Əliyevin 88 yaşlı biologiya müəlliməsi Kazımova Emma Əlihəsən qızı da çəkilib.

Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov da çəkiliş üçün qardaş ölkədən Bakıya gəlib. Ekran işində incəsənət nümayəndələri ilə yanaşı idmançılar Namiq Abdullayev, Zemfira Mehdəvətdinova, Fərid Mansurov, Toğrul Əsgərov, Olimpiya çempionlarımız rol alıblar.

Ekran işinin çəkilişi AzTV-yə məxsusdur. Klipin rejissoru Etibar Babayevdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə aparılan çəkiliş İçərişəhərdə baş tutub.

Qeyd edək ki, mahnının sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.
Reytinq: