Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində

siyaset
30-03-2018, 21:27 1143
Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbində
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Quru Qoşunları Məktəbini ziyarət edib. Nazir məktəbin rəhbərliyi və burada təhsil alan azərbaycanlı kursantlar ilə görüşüb.

Bu barədə Realfakt.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri məktəbin fəaliyyəti və buradakı təlim-tədris prosesi barədə ətraflı məlumatlandırılıb. Nazir kursantlarımızın hazırlıq səviyyəsi ilə maraqlanıb və onlara öz tövsiyələrini verib.

Görüşdən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov ölkələrimizdə ordu quruculuğu prosesində hərbi təhsil ocaqlarının rolunu xüsusi vurğulayıb.

Sonda Azərbaycan nümayəndə heyəti kursantlarla birgə nahar edib.