Zakir Həsənov Ərdoğanla danışıqlarda

siyaset
29-03-2018, 21:55 933
Zakir Həsənov Ərdoğanla danışıqlarda
Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Realfakt.Az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə müdafiə naziri Nurəddin Canikli də iştirak edib.