İlham Əliyev modul tipli məktəblərin quraşdırılmasına pul ayırdı

siyaset
27-03-2018, 22:26 1185
İlham Əliyev modul tipli məktəblərin quraşdırılmasına pul ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Realfakt.Az-ın xəbərinə görə, sənəddə bildirilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 172 000 manat ayrılıb.

Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.