Zakir Həsənov Türkiyəyə gedir

sosial
24-03-2018, 21:47 1146
Zakir Həsənov Türkiyəyə gedir
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankara şəhərinə yola düşəcək.

Bu barədə Realfakt.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.