​TQDK orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi elan edib

tehsil
31-08-2015, 15:44 989
​TQDK orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi elan edib Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 3 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq. Bu barədə "Report" Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müsabiqə bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.
İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə bu ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.